Azərbaycan və Türkiyə Avrasiya Kənd Təsərrüfatı Şurası yaradacaq

Posted by

Azərbaycan və Türkiyə Avrasiya Kənd Təsərrüfatı Şurası yaradacaq

Azərbaycan və Türkiyə Avrasiya Kənd Təsərrüfatı Şurası yaradacaq

Azərbaycan və Türkiyə Avrasiya Kənd Təsərrüfatı Şurası yaradacaq

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyası ilə əməkdaşlıq müqaviləsi imzalayıb. Müqaviləyə ASK-nın prezidenti Məmməd Musayev və Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyası sədri Hakan Yüksel imza atıblar.

ASK-dan Trend-ə verilən məlumata görə, tərəflərin müqaviləni imzalamaqda əsas məqsədi hər iki ölkənin iş adamlarının müntəzəm forumlarda iştirakının təşkil edilməsini təmin etməklə ikitərəfli iqtisadi əlaqələri davam etdirmək, kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın müvafiq sahələrində əməkdaşlıq imkanlarını öyrənmək, müzakirə etmək və reallaşdırmaqdır.

Bundan sonra tərəflər müqavilədə göstərilən məqsədə nail olmaq üçün bir neçə istiqamətdə fəaliyyət göstərəcəklər. Əsasən hər iki ölkə arasında kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın digər müvafiq sahələrində aktual məlumat mübadiləsinin aparılması, hər iki ölkənin iqtisadi siyasət məsələləri və müxtəlif iqtisadi yeniliklərinə dair məlumatlandırılması, ikitərəfli iqtisadi əməkdaşlığın genişləndirilməsi sahəsində maneələrin müəyyən edilməsi və aradan qaldırılması ilə əlaqədar məsləhətləşmələrin aparılması, iş adamlarının Azərbaycanda və Türkiyədə keçirilən konfrans, sərgi, yarmarka, biznes forum və s. tədbirlərdə iştirakının təmin edilməsi, tərəflərin işgüzar nümayəndə heyətinin göndərilməsi sahəsində əməkdaşlıq göstərməsi olacaq.

Görüşdə razılığa gəlinib ki, kənd təsərrüfatı, qida istehsalı, ətraf mühit və iqtisadiyyatın digər müvafiq sahələri üzrə birgə fəaliyyəti Avrasiya dövlətlərində genişləndirmək məqsədilə tərəflər hər iki təşkilatdan bir həmsədr olmaq şərtilə “Avrasiya Kənd Təsərrüfatı Şurası” (AKTŞ) adlı beynəlxalq təşkilat yaratsınlar.

Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyasının sədri H.Yüksel ASK-nın rəhbərliyi daxil olmaqla, azərbaycanlı iş adamlarından ibarət nümayəndə heyətinin 26-30 noyabr 2014-cü il tarixdə Türkiyənin Antalya şəhərində təşkil ediləcək, 80 ölkədən 3000-dən artıq şirkət müdirinin, 80 universitetdən alimlərin və özəl sektoru təmsil edən digər nümayəndələrin qatılacağı “2-ci Beynəlxalq Əkinçilik və Qida Konqresi”nə dəvət edib. H.Yüksel bildirib ki, sözügedən konfransda iştirakçılar təcrübələrini bölüşəcək, daha sonra bu fikirlər bir kitab halına salınacaq. Beləliklə, dünyanın diqqətini Avrasiyaya çəkmək planlaşdırılır. Gələcəkdə yaşana biləcək ərzaq qıtlığının qarşısını almaq üçün əvvəlcədən ərzaq təhlükəsizliyinə qarşı mübarizə yolları araşdırılacaq.

Görüşün sonunda ASK-nın prezidenti M.Musayev dəvət aldıqları konfransda ASK-nın böyük nümayəndə heyəti ilə təmsil olunacağına söz verib, həmçinin Türkiyənin Kənd Təsərrüfatı və Qida Konfederasiyası ilə Azərbaycan Sahibkarlar Konfederasiyasının daha sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirib.

 

Trend.az