Zakir Qaralov Mingəçevirdə vətəndaşları qəbul edəcək
Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov cari il aprelin 25-də saat 11:00-da Mingəçevir şəhər prokurorluğunun inzibati binasında Mingəçevir şəhəri, Yevlax, Bərdə, Ağdaş, Ucar və Zərdab rayonlarında yaşayan vətəndaşların qəbulunu keçirəcəkdir.
Baş Prokurorluqdan Trend-ə verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı və Mingəçevir şəhərinə gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.
Vətəndaşlar yaşadıqları ərazi üzrə şəhər və rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin-437-28-79-nömrəli telefonu-telefonuvə [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər.
Trend.az