Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib

Posted by

Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib

Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib

Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib

Azərbaycanda təkrarən dondurulmuş yeyinti mallarının satışı qadağan edilib.

 

Nazirlər Kabinetindən Trend-ə verilən məlumata görə, bu, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda nəzərdə tutulub.

 

Həmin qaydalara əsasən, iribuynuzlu və xırdabuynuzlu heyvan cəmdəyi ictimai iaşə obyektinə müvafiq baytarlıq şəhadətnamələri ilə müəyyən edilən hallar istisna olmaqla, cəmdək, yarımcəmdək və cəmdəyin dörddə bir hissəsi (şaqqaları) formasında qəbul edilir.

Azərbaycanda kəsilmiş heyvan cəmdəklərinin sümükdən ayrılmış formada ətinin ictimai iaşə obyektlərinə qəbul edilməsi qadağan olunub.

 

Qaydalara əsasən, istehlakçının malı dəyişmək tələbi mal olduqda dərhal yerinə yetirilməli, zərurət olduqda onun keyfiyyəti müvafiq tələb verilən andan 14 gün müddətində yoxlanılmalı və ya tərəflər arasında razılaşdırılmış müddətdə dəyişdirilməlidir.

 

İstehlakçının malı dəyişdirmək tələbi mal olmadıqda, müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir.

 

Qaydalarda göstərilir ki, Azərbaycan ərazisində istehsal edilən, habelə ixrac edilən malların üzərindəki etiketlər və digər yazılar müvafiq xarici dillərlə yanaşı, dövlət dilində də olmalıdır. Azərbaycan Respublikasına idxal edilən mal və məhsulların üzərindəki etiketlər və adlar, onlardan istifadə qaydaları barədə izahat vərəqələri başqa dillərlə yanaşı, Azərbaycan dilinə edilmiş tərcümə ilə də müşayiət olunmalıdır.

 

Qaydalarda o da qeyd edilir ki, ticarət obyektinin qarşısında, ətrafında malların (işlərin, xidmətlərin) nümunələrinin nümayiş etdirilməsinə (qoyulmasına), satışına, xidmətlərin göstərilməsinə yol verilmir.

 

Trend.az