Azərbaycan nümayəndə heyəti Macarıstanın QHT-ləri ilə görüşlər keçirib

Posted by

Azərbaycan nümayəndə heyəti Macarıstanın QHT-ləri ilə görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti Macarıstanın QHT-ləri ilə görüşlər keçirib

Azərbaycan nümayəndə heyəti Macarıstanın QHT-ləri ilə görüşlər keçirib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşları və QHT rəhbərlərindən ibarət nümayəndə heyəti Macarıstanın paytaxtı Budapeştə səfər çərçivəsində bir sıra görüşlər keçirib.

 

Şuranın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, olk olaraq Milli Ailə və Sosial Siyasətlər İnistitutunda olan nümayəndə heyəti qurumun layihə direktoru İvett Karvalitslə görüşüb.

 

İnistitutun 2007-ci ildə İnsan Resursları Nazirliyi tərəfindən yaradıldığını bildirən xanım Karvalits əsas fəaliyyət istiqamətlərinin gənclərin məşğulluq problemi, narkomaniyaya qarşı maarifləndirmə tədbirləri, ailə və qadın məsələlərini əhatə etdiyini deyib. Macarıstan əhalisinin 3,5 milyonunun 13-30 yaş arası gənclərin təşkil etdiyni deyən İvett Karvalits indiyədək onlardan 12 min nəfərinin həyata keçirilən layihələrə cəlb edildiyini qeyd edib.

 

Fundamental Hüquqlar üzrə Müvəkkilin Aparatında keçirilən görüşdə qurumun ictimaiyyətlə əlaqələr üzrə koordinatoru Eve Heizerne Hegedus təmsil etdiyi qurumun fəaliyyəti haqda Azərbaycan nümayəndə heyətinə məlumat verib. Eve Hegedus Macarıstan ombudsmanının 6 il müddətinə seçildiyini və ildə bir dəfə ölkənin parlamenti qarşısında hesabat verdiyini bildirib. O, ombudsmanın insan hüquqlarının təminatı vəziyyətinə dair müntəzəm monitorinqlər keçirdiyini qeyd edib. Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı vəziyyəti haqqında məlumat verən nümayəndə heyətinin üzvləri Şuranın ölkəmizin milli donor inistitutu kimi fəaliyyət istiqamətlərindən və insan hüqüqlarının təminatı sahəsində atılan addımlardan danışıblar.

 

Növbəti görüşlər Macarıstan Miqrant Assosiasiyası, Şotlandiya İslahatlar Mərkəzi, Beynəlxaq Miqrasiya Təşkilatı (İOM) və Avropanın Azlıqlar Hüququ Qrupunda keçirilib. Həyata keçirdikləri layihə və proqramlar haqqında məlumatları bölüşən macar QHT-ləri Azərbaycan vətəndaş cəmiyyəti ilə əlaqələrin inkişaf etdirilməsində və təcrübə mübadiləsində maraqlı olduqlarını ifadə ediblər.

 

Keçirilən bütün görüşlərdə nümayəndə heyətinin rəhbəri, Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov ölkəmizdə QHT sektorunun inkişafı sahəsində ardıcıl olaraq həyata keçirilən dövlət siyasətinin mahiyyəti haqqında macar həmkarlarına geniş məlumat verib. Şuranın xarici QHT-lər üçün elan etdiyi qrant müsabiqəsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin fəsadları haqqında danışan F. Qurbanov fundamental insan hüquq və azadlıqlarının təmin olunmasında vətəndaş cəmiyyətinin fəal iştirakı və bu sahədə beynəlxalq əməkdaşlığın vacibliyini vurğulayıb.

 

Görüşlərdə aparılan müzakirələrdə fəal iştirak edən nümayəndə heyətinin üzvləri Azərbaycanda vətəndaş cəmiyyətinin keçdiyi inkişaf yolu haqqında danışaraq, qarşılıqlı təcrübə mübadiləsinin hər iki ölkənin QHT sektorunun inkişafında səmərəli rol oynayacağını ifadə ediblər.

 

Səfər proqramı çərçivəsində Azərbaycanın Macarıstandakı fövqaladə və səlahiyyətli səfiri Vilayət Quliyev nümayəndə heyətini qəbul edib. Ölkəmizin milli maraqlarının Macarıstanda fəal müdafiəsi və iki ölkə arasında siyasi, iqtisadi və mədəni münasibətlərin inkişaf dinamikası haqqında danışan səfir Vilayət Quliyev Avropada Azərbaycana etibarlı tərəfdaş kimi böyük diqqət göstərildiyini vurğulayıb. Şuranın xarici QHT-lərin layihələrini dəstəkləməsini müsbət qiymətləndirdiyini bildirən V. Quliyev onların Azərbaycan həqiqətlərinin dünyada tanıdılmasında böyük faydasının olduğunu qeyd edib. F.Qurbanov ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsində vətəndaş cəmiyyətinin artan rolunu vurğulayaraq son illərdə Şuranın bu istiqamətdə gördüyü işlər haqqında məlumat verib.

 

Apa.az