AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniya və Gürcüstanın muzeyləri arasında əməkdaşlıq memorandumu imzalanıb

Posted by

Aprelin 1-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutu ilə Almaniyanın Bochum Dağ – Mədən Muzeyi və Gürcüstanın Milli Muzeyi arasında eneolit – erkən tunc dövrü Cənubi Qafqaz paleometallurgiyasının və keramikasının kompleks tədqiqinə dair əməkdaşlıq memorandumu imzalanıb. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, imzalanmış memorandumda əks olunmuş müddəalara əsasən, 2014 – 2016-cı illər arasında Almaniyanın Bochum Dağ – Mədən Muzeyinin təşkilatçılığı ilə Cənubi Qafqazın, xüsusilə də, Azərbaycanın qərb və Gürcüstanın şərq bölgələrində arxeometallurgiya təyinatlı çöl-tədqiqat ekspedisiyalarının keçirilməsi nəzərdə tutulur. Qarşılıqlı razılaşma əsasında muzey fondlarından seçilmiş paleometal və keramika nümunələri Almaniyanın qabaqcıl elmi laboratoriyalarında müasir texnologiyalardan istifadə ilə analiz ediləcək. Əməkdaşlıq çərçivəsində Azərbaycanın və Gürcüstanın gənc tədqiqatçı kadrlarının hazırlanması və ixtisaslaşması üçün Almaniyada mütəmadi olaraq paleometallurgiya və qədim keramika üzrə ixtisaslaşma treninqləri keçiriləcək. 2016-cı ildə isə, tədqiqatların yekunları Bakı və Tbilisidə keçiriləcək beynəlxalq elmi konfranslarda təqdim olunacaq.

Apa.az