Bakı şəhərində ərazi vergilər departamentləri yaradılacaq
Nazirlər Kabineti “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları” və “İnzibati orqanların Təsnifatı”nda dəyişikliklər edib.
APA-nın verdiyi məlumata görə, dəyişiklik Vergilər Nazirliyinin tabeliyində olan strukturlarla əlaqədardır.
Dəyişikliyə əsasən, Bakı Şəhəri Vergilər Departamentinin ərazi vergilər departamentləri yaradılacaq.
Apa.az