Bu gecədən Azərbaycanda yay vaxtına keçilir

Posted by

Bu gecədən Azərbaycanda yay vaxtına keçilir

Bu gecədən Azərbaycanda yay vaxtına keçilir

Bu gecədən Azərbaycanda yay vaxtına keçilir

Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 30 mart 2014-cü il tarixində saat 4.00-da Azərbaycan Respublikası ərazisində saatlar 1 saat irəli çəkilməklə yay vaxtına keçiləcək. Bu barədə Trend-ə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” 17 mart 1997-ci il Qərarına əsasən hər il mart ayının son bazar günü saat 4.00-da əqrəblərin bir saat qabağa çəkilməsi ilə yay vaxtına keçilir.

Hər il oktyabr ayının son bazar günü isə saat 5.00-da əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir. Qərarın həyata keçirilməsinə nəzarəti Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

 

Trend.az