Kür və Araz transsərhəd çaylarında keçirilən monitorinqin nəticələri açıqlanmışdır

Posted by

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının çirklənmə vəziyyətini öyrənmək məqsədi ilə mart ayının ikinci ongünlüyü üçün apardığı monitorinqin nəticələrini açıqlamışdır.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olmuşdur.

Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenolların Şıxlı-2 məntəqəsində 5, Ağstafaçayda 3.5, Ağstafaçay su anbarında isə 3 dəfə yol verilən qatılıq həddini keçdiyi qeydə alınmışdır.

Fenolların Araz çayının Horadiz, Birinci Şahsevən və Bəhramtəpə məntəqələrində də yol verilən qatılıq həddini keçdiyi müşahidə olunmuşdur.

Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd etmişdir.

Suyun oksigen rejiminin bütün məntəqələrdə sanitar norma daxilində dəyişdiyi müəyyən edilmişdir.

AzərTac.az