TQDK-nın elektron xidmət növlərinin sayı artırılıb
Nazirlər Kabineti “Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları”nın və “Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişikliklər edib.
APA-nın verdiyi məlumata görə, vətəndaşların Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) rəhbərliyinin və məsul işçilərinin qəbuluna onlayn yazılması və ümumi təhsili həyata keçirən təhsil müəssisələrində ümumtəhsil fənləri üzrə biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) aparılan təhsilalanların TQDK-nın “Şagird-məzun sistemi”ndə özləri haqqında məlumatları internet vasitəsilə yoxlaması TQDK-nın elektron xidmət növlərinin siyahısına vətəndaşların daxil edilib.
Apa.az