Xaricdən Azərbaycana gətirilən bitkilərin yoxlanılması təklif edilib

Posted by

Xaricdən Azərbaycana gətirilən bitkilərin yoxlanılması təklif edilib

 

Xaricdən Azərbaycana gətirilən bitkilərin yoxlanılması təklif edilib

 

Xaricdən Azərbaycana gətirilən bitkilərin yoxlanılması təklif edilib

 

Azərbaycan Parlamentinin deputatları hesab edirlər ki, xaricdən Azərbaycana gətirilən bitkilər yoxlanılmalıdır. Trend-in məlumatına görə, bu fikirlər Milli Məclisin Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin bu gün keçirilən iclasında səsləndirilib.

 

İclasda “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov qanun layihəsinin birinci oxunuşunun hələ ötən ilin dekabr ayında baş tutduğunu bildirərək, ötən müddət ərzində sənəd üzərində xeyli təkmilləşmə işlərinin aparıldığını diqqətə çatdırıb.

 

Millət vəkili, “Azərikimya” İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev xaricdən Azərbaycana idxal olunan ağac, gül kollarının, tinglərin fitosanitar nəzarətdən keçirilməsinin və bununla bağlı qanun layihəsində müəyyən məqamların nəzərdə tutulmasının vacibliyini söyləyib. O, eyni zamanda, qanun layihəsində yaşıllıq ərazilərində iaşə obyektlərinin olmasını qadağan edən müddəaya da öz iradını bildirib: “Məsələn, Dənizkənarı Milli Prakda xeyli iaşə obyektləri var və bunların olması ziyanlı deyil, əksinə, lazımlıdır. Çünki insanlar həmin iaşə obyektlərinin xidmətindən istifadə edərək orada həm bulvarın, dənizin gözəlliyini seyr, həm də bir növ istirahət edir, asudə vaxtlarını səmərəli şəkildə keçirməyə çalışırlar. Ona görə də hesab edirəm ki, qanun layihəsində bununla bağlı müddəaya yenidən baxmaq lazımdır”.

 

Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev isə Bakı şəhərindəki yaşıllıqlarda ekzotik ağacların əkilməsinin o qədər də düzgün olmadığını vurğulayıb: “Bildiyiniz kimi, bir neçə il öncə İtaliyadan xeyli ekzotik ağac kolları gətirildi, burada yaşıllıqlarda əkildi. Ancaq onların çoxu sonradan məhv olub getdi, çünki Bakının mühitinə uyğun gəlmədi. Eyni zamanda, bu qədər palma ağaclarının əkilməsinə də ehtiyac yoxdur”.

 

Parlamentin vitse-spikeri Valeh Ələsgərov isə qanun layihəsindəki anlayışlarla bağlı narazılığını bildirərək qanun layihəsinin dilinin Azərbaycan dilinin norma və qaydalarına uyğunlaşdırılmasının vacibliyini qeyd edib. Bununla yanaşı, o, qanun layihəsindəki subyektlər arasında normaların adıçəkilən sənəddə dəqiq göstərilməsinin vacibliyinə də diqqət çəkib və əlavə edib ki, əgər belə olmasa, gələcəkdə həmin subyektlər arasında ciddi narazılıqlar, hətta məhkəmə çəkişmələri yarana bilər.

 

Sonda qanun layihəsinin ikinci oxunuşunda parlamentin plenar iclasında müzakirəyə çıxarılması tövsiyə olunub.

 

Trend.az