Azərbaycan prezidenti Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

Posted by

Azərbaycan prezidenti Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

 

Azərbaycan prezidenti Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

Azərbaycan prezidenti Rusiyanın Sverdlovsk vilayətinin qubernatorunu qəbul edib

 

Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Yevgeni Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

 

APA-nın məlumatına görə, görüş zamanı Y.Kuyvaşev Rusiyanın Sverdlovsk vilayəti ilə Azərbaycan arasında mövcud uzunmüddətli dostluq əlaqələrindən danışıb.

 

Bu əlaqələrin əsasının Heydər Əliyev tərəfindən qoyulduğunu deyən qubernator Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Sverdlovsk vilayətinə səfərini və H.Əliyevin 90 illik yubileyinin qeyd olunduğunu məmnunluqla xatırlayıb.

 

Y.Kuyvaşev Ural Federal Universitetində Azərbaycan dili və mədəniyyəti mərkəzinin açılmasını ikitərəfli əməkdaşlığın yaxşı göstəricisi kimi dəyərləndirib. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etdiyini və Azərbaycan müəssisələri ilə uğurlu işbirliyi qurulduğunu vurğulayan Y.Kuyvaşev ölkəmizlə Sverdlovsk vilayəti arasında ticarət dövriyyəsinin artan templərlə genişləndiyini qeyd edib.

 

Prezident İlham Əliyev isə Azərbaycanla Rusiya və onun subyektləri arasında ticarət dövriyyəsinin yüksələn xətlə inkişaf etdiyini və bunun üçün lazımi şəraitin yaradıldığını deyib. Dövlət başçısı ölkələrimizin bütün məsələlərdə fəal əməkdaşlıq etdiyini vurğulayıb.

 

Azərbaycan prezidenti Sverdlovsk vilayətində Heydər Əliyevin xatirəsinə göstərilən böyük ehtirama görə minnətdarlığını ifadə edib. İlham Əliyev Rusiyada yaşayan azərbaycanlıların və Azərbaycanda yaşayan rusların ölkələrimizin inkişafına töhfə verdiklərini məmnunluqla qeyd edib. Dövlət başçısı Rusiyanın Sverdlovsk vilayətinin qubernatoru Y.Kuyvaşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin əməkdaşlığımızın gələcək inkişafı ilə bağlı məsələlərin müzakirəsi üçün yaxşı fürsət yaratdığını deyib.

 

Apa.az