Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyətini müəyyənləşdirmək üçün monitorinqlər keçirəcək

Posted by

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Nəsimi adına Dilçilik İnstitutu Azərbaycan dilinin tətbiqi vəziyyətini və normaların pozulması hallarını müəyyənləşdirmək məqsədilə monitorinqlər keçirəcək.

Akademiyadan Trend-ə verilən məlumata görə, bu niyyətlə institut şəhər və rayonların icra hakimiyyətləri ilə müqavilələr bağlayacaq. Məsələ ilə əlaqədar AMEA Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.

Dilçilik İnstitutu monitorinqlər çərçivəsində afişa və elanlarda, həmçinin dövlət və özəl qurumların sənədlərində nöqsanları müəyyənləşdirəcək, nəticədə onların aradan qaldırılması istiqamətində müvafiq işlər görüləcək.

Trend.az