Gələn ay Bakıda Azərbaycan-Polşa hökumətlərarası komissiyasının iclası və biznes forum keçiriləcək

Posted by

Azərbaycanın energetika naziri Natiq Əliyev Polşa səfiri Mixail Labendanı qəbul edib.

Energetika Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə əsasən aprelin 13-14-də Bakıda keçirilməsi planlaşdırılan Azərbaycan-Polşa İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyasının VI iclasına hazırlıq məsələləri müzakirə edilib.

Həmçinin, görüşdə qarşılıqlı fikir mübadiləsi aparılıb, təklif və təşəbbüslər dəyərləndirilib.

Qeyd edək ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının həmsədrləri Azərbaycanın energetika naziri N.Əliyev və Polşanın Nazirlər Şurasının sədr müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinskidir. Görüşdə tərəflər qarşılıqlı ticarət münasibətlərinə təsir edən, bazarın qorunması və iqtisadiyyatın sabitləşdirilməsi məqsədi ilə görülən tədbirlər, iki ölkə arasında qarşılıqlı ticarət və əmtəə dövriyyəsinin artırılmasının yollarını müzakirə ediblər.

Azərbaycan-Polşa İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın VI iclası çərçivəsində biznes forumun keçirilməsi də nəzərdə tutulub.

Apa.az