Təhsil naziri: “Növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçilməyəcək”
Növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir.
Təhsil naziri Mikayıl Cabbarov APA-ya açıqlamasında bildirib ki, Azərbaycanda 12 illik təhsilə proses tam hazır olanda keçiləcək.
Onun sözlərinə görə, bununla əlaqədar hazırlıq işləri gedir və keçmişdə olan səhvlər öyrənilir: “12 illik təhsilə keçid xatirinə deyil, təhsil sisteminin keyfiyyətinin qaldırılması üçün keçiləcək. Ölkədə vaxtilə yeni kurrikulum sisteminə keçdik, amma müəllimləri buna lazımi səviyyədə hazırlamadıq. Nəticədə bu gün bir çox problemlərlə rastlaşırıq. Dərsliklərin yeni kurrikuluma uyğun yazılması üçün 1 il, 2 il, 3 il təlimlər etməliyik. Bu gün mövcud problemləri yaşayırıq. Bu kimi çatışmazlıqları etməmək üçün hazır olan kimi 12 illik təhsilə keçəcəyik. Ona görə də növbəti tədris ilindən Azərbaycanda 12 illik təhsilə keçid gözlənilmir”.
Apa.az