Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri onun iqtisadiyyatının proqnozlaşdırıla bilməsidir

Posted by

Azərbaycan iqtisadiyyatı son illər yüksələn xətt üzrə inkişaf edir.

AzərTAc xəbər verir ki, bu sözləri “2020-ci və sonrakı illər: iqtisadi inkişafın sürətləndirilməsi” mövzusunda Bakıda keçirilən Azərbaycan İnvestisiya Sammitindəki çıxışında AZPROMO-nun rəhbəri Rüfət Məmmədov demişdir.

Yenidən müstəqilliyini bərpa edən Azərbaycanın ötən illərdə həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərləri, TANAP, TAP kimi beynəlxalq layihələrdən danışan R.Məmmədov Asiya ilə Avropanın qovuşuğunda yerləşən ölkəmizin təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin önəmindən də bəhs etmişdir.

Qeyd olunmuşdur ki, həyata keçirilən uğurlu iqtisadi siyasət nəticəsində ölkəmizin makroiqtisadi vəziyyəti yaxşılaşmışdır. Azərbaycanın bu uğurunu beynəlxalq təşkilatlar da öz hesabatlarında qeyd edirlər.

R.Məmmədov Azərbaycanın kredit və investisiya reytinqinin artmasından da danışaraq respublikamızın dünyanın 140 ölkəsi ilə ticarət əlaqəsi qurduğunu deyərək, nəqliyyat infrastrukturunun, logistikanın yaradılmasının burada önəmli rol oynadığını diqqətə çatdırmışdır.

AZPROMO-nun rəhbəri qeyd etmişdir ki, Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri də onun iqtisadiyyatının proqnozlaşdırıla bilməsidir. Bu amil ölkə iqtisadiyyatında sabit inkişafın təmin olunmasında önəmli amildir.

R.Məmmədov qəbul edilən dövlət proqramlarının uğurla reallaşdırılmasından, sənayenin, kənd təsərrüfatının inkişafı üzrə həyata keçirilən tədbirlərdən, eləcə də “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının əhəmiyyətindən də bəhs etmişdir.

AzərTAc.az