Milli Məclisin sosial siyasət komitəsinin iclası keçirilmişdir
Martın 5-də Azərbaycan Respublikası Milli Məclisinin sosial siyasət komitəsinin iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, komitənin sədri Hadı Rəcəbli iclasın gündəliyində duran “Tibbi sığorta haqqında” və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikası qanunlarında dəyişikliklər edilməsi barədə qanun layihələri ilə bağlı məlumat vermişdir.
Qanun layihələrinin müzakirəsi zamanı çıxış edənlər müvafiq təkliflərini vermişlər.
Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir.
AzərTac.az