Muzey Mərkəzində “Gözəllik nuru” adlı sərginin açılış mərasimi keçirilib

Posted by

Muzey Mərkəzində “Gözəllik nuru” adlı sərginin açılış mərasimi keçirilib

 

Muzey Mərkəzində “Gözəllik nuru” adlı sərginin açılış mərasimi keçirilib

Muzey Mərkəzində “Gözəllik nuru” adlı sərginin açılış mərasimi keçirilib

 

Martın 4-də Muzey Mərkəzində “Gözəllik nuru” adlı sərginin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, sərgidə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

 

Sərgidə çıxış edən nazir Əbülfəs Qarayev qeyd edib ki, bu cür sərgilərin keçirilməsi artıq ənənə halını alıb: “Hər il Mədəniyyət və Turizm Nazirliyi tərəfindən 8 Mart qadınlar bayramına həsr olunan tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. Azərbaycan qadınlarının yaradıcılığı təbliğ olunur, qadınlara həsr edilən sənət əsərləri nümayiş edilir və digər bədii tədbirlər keçirilir. “Gözəllik nuru” sərgisinin təşkilində əsas məqsəd qadın rəssamların yaradıcılığının təbliği, onların əsərlərinin geniş tamaşaçı auditoriyasına təqdim olunmasıdır. Sərginin şərti olaraq “Gözəllik nuru” adlandırılması təsadüfi deyil. “Qadın” sözü bizim təsəvvürümüzdə məhz “gözəllik” anlayışı ilə eyniləşir. Demək ki, dünyada nə qədər gözəl qadın varsa, bu gözəlliyin sirli nuru da bir o qədər parlaqdır”.

 

Sərgidə qadın rəssamlarımızın Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda saxlanılan əsərləri ilə yanaşı Muzey Mərkəzinin kolleksiyası və ayrı-ayrı rəssamların qadınlara həsr olunmuş əsərləri nümayiş olunub. Tamaşaçılara sərgidə 78 müəllifin 100-dən çox rəngkarlıq, qrafika, heykəltəraşlıq və batika əsəri, “Kukla” ART Qalereyasının kolleksiyasına aid olan müəllif nümunələri təqdim edilib.

 

Apa.az