«Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib

Posted by

«Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib

 

«Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib

«Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib

 

Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yeni internet texnologiyalarının yaradılması istiqamətində kompleks işlər həyata keçirir.

 

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən APA-ya verilən məlumata görə, bu işlərin tərkib hissəsi kimi, «Dilmanc» tərcümə sisteminin yeni versiyası istifadəyə verilib.

 

Bu versiyada mətnləri Azərbaycan, ingilis və rus dilləri arasında daha yüksək keyfiyyətlə tərcümə etmək, sözlərin lüğətdəki tərcümələrinə baxmaq, alınmış mətnin səslənməsinə qulaq asmaq və digər yeni imkanlar əlavə edilib. Yeni versiya mətnləri Azərbaycan dilindən ingilis və rus dillərinə və əksinə daha keyfiyyətlə tərcümə etmək, tək söz daxil etdikdə həmin sözün lüğətdəki tərcüməsinə, nitq hissələri və sinonimlərinə baxmaq, «Nümunələr» düyməsinə basmaqla həmin sözün işləndiyi cümlələr və onların tərcümələrini görmək imkanlarına malikdir. «Dilmanc» tərcümə sisteminin yeni versiyasında tərcümə nəticəsində alınmış mətn çox uzun və yorucudursa, «Səsləndir» düyməsinə basmaqla həmin mətnin səsli oxunuşuna qulaq asmaq, «Android» əsasında işləyən telefon və planşetlərə «Dilmanc Mobile Translator» proqramını yükləməklə şifahi danışığı, mətni və tək sözləri Azərbaycan, ingilis və rus dilləri arasında tərcümə etmək mümkündür. Proqram istifadəçilər arasında böyük populyarlıq qazanıb, «Play Store»da istifadəyə verildiyi gündən 2 ay müddət ərzində 40 min dəfəyə yaxın yüklənib.

 

Proqramın yeni versiyası www.dilmanc.az saytında onlayn tərcümə portalı kimi istifadəyə verilib və artıq proqramı kompüterə yükləməyə ehtiyac yoxdur. Bu, bütün əməliyyat sistemləri və mobil qurğularda istifadə edilə bilmə baxımından da əlverişlidir. Bu sistemin ilk versiyası müəyyən mövzularda istifadəçinin şifahi suallarını da başa düşərək ona cavab verəcək.

 

Qeyd edək ki, layihənin elmi məsləhətçisi rabitə və informasiya texnologiyaları naziri, akademik Əli Abbasovdur.

 

Apa.az