Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatı Milli Məclisə təqdim edilib
Azərbaycanın Nazirlər Kabineti hökumətin 2013-cü il üzrə hesabatını Milli Məclisə təqdim edib.
Parlamentdən APA-ya verilən məlumata görə, hesabat prosedura uyğun olaraq bu sessiyanın beşinci plenar iclasında müzakirəyə çıxarılacaq.
Hesabatı deputatlar qarşısında baş nazir Artur Rasizadə təqdim edəcək.
Qeyd edək ki, martın 4-də Milli Məclisin yaz sessiyasının 4-cü plenar iclası keçiriləcək.
Apa.az