Ombudsman Aparatında “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirilmişdir

Posted by

Ombudsman Aparatında “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirilmişdir

Ombudsman Aparatında “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirilmişdir

Ombudsman Aparatında “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantı keçirilmişdir

Ombudsman Aparatının yanında fəaliyyət göstərən biznes və insan hüquqları üzrə işçi qrupunun “Uşaq hüquqları və biznes prinsipləri” mövzusunda toplantısı keçirilmişdir.

AzərTAc xəbər verir ki, toplantıda aidiyyəti dövlət qurumlarının və QHT-lərin nümayəndələri iştirak etmişlər.

Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı işçi qrupunun məqsəd və vəzifələri, görülmüş işlər, qarşıda duran vəzifələr barəsində ətraflı məlumat vermiş, Azərbaycan Respublikasının Konstitusiyasında və digər qanunvericilik aktlarında, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramında, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında uşaq hüquqlarının müdafiəsi sahəsində mütərəqqi vəzifələrin nəzərdə tutulduğunu qeyd etmişdir.

Aydın Səfixanlı uşaq hüquqlarının müdafiəsi sahəsində Ombudsmanın UNİCEF ilə səmərəli əməkdaşlıq qurduğunu, bu nüfuzlu qurumla birgə layihələrin həyata keçirildiyini vurğulamışdır.

Tədbirdə BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevardın “BMT-nin uşaq hüquqları və biznes prinsiplərinin şərhi” mövzusunda məruzəsi dinlənilmişdir.

Bildirmişdir ki, biznes strukturları öz fəaliyyətlərini həyata keçirərkən uşaqlarla qarşılıqlı əlaqədə olması və onların həyatına birbaşa və ya dolayı yolla təsir etməsi qaçılmazdır. Bu baxımdan biznes qurumlarından uşaqların hüquqlarına hörmətlə yanaşmaq və bu hüquqları dəstəkləmək, eyni zamanda, zərərin qarşısını almaq və fəal şəkildə uşaqların maraqlarının qoruması tələb edilməlidir. Qonaq təmsil etdiyi qurum tərəfindən tərcümə olunaraq nəşr edilmiş “Uşaq hüquqları və biznes prinsipləri” adlı sənədi diqqətə çatdırmış və bu sənəddə əks olunmuş 10 prinsip barədə ətraflı məlumat vermişdir.

Toplantıda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələrinin “Uşaq hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti” və “Yetkinlik yaşına çatmayanların əməyə cəlb olunması xüsusiyyətləri” mövzusunda məruzələri dinlənilmiş, müzakirələr aparılmışdır.

 

AzərTac.az