Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir

Posted by

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir

Fevralın 13-də Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının ikinci ildönümü münasibətilə təntənəli mərasim keçirilmişdir.

AzərTAc xəbər verir ki, Xidmətin rəisi, general-leytenant Arzu Rəhimov tədbirdə çıxış edərək şəxsi heyətə təbriklərini çatdırmışdır.

A.Rəhimov bildirmişdir ki, dünyada nüfuz sahibinə çevrilən Azərbaycan inkişaf tempi ilə 2013-cü ildə də ciddi nailiyyətlər əldə etmiş, strateji prioritetlərinin reallaşdırılması istiqamətində mühüm addımlar atmışdır. Ölkəmizin iqtisadi qüdrətinin gündən-günə artması hərtərəfli inkişafı təmin etməklə yanaşı, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Prezident İlham Əliyevin xüsusi diqqəti ilə uğurla davam etdirilən ordu quruculuğu prosesinə də əhəmiyyətli təkan verməkdədir. Son on ildə Ali Baş Komandan İlham Əliyevin qətiyyətlə yürütdüyü siyasət nəticəsində Azərbaycanın hərbi potensialı dəfələrlə artmış, Silahlı Qüvvələrimiz döyüş qabiliyyətinə görə regionun ən güclüləri sırasında yer almışdır.

Bildirilmişdir ki, ötən müddətdə ordu quruculuğu prosesinin təkmilləşdirilməsi Azərbaycanda çağırış və səfərbərlik resurslarını tənzimləyən mexanizmin yaradılması ilə də ortaya qoyulmuşdur. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Prezident İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə müvafiq sahədə idarəetmə strukturunun təkmilləşdirilməsi, onun müasir tələblərə uyğun qurulması məqsədilə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi komissarlıqlar ləğv edilmiş, onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılmışdır. Xidmətin yaradılmasından ötən iki ildə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün əsaslı işlər görülmüşdür.

A.Rəhimov qeyd etmişdir ki, səfərbərlik və hərbi xidmətə çağırış işinin təşkilində əsas mərhələ vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesidir. Bu prosesi həyata keçirən qurum ordu ilə cəmiyyət arasında bir növ körpü rolunu oynayır. Cəmiyyətin ordu haqqında rəyinin formalaşmasına vətəndaşların həqiqi hərbi xidmətə çağırılması prosesi mühüm təsir göstərir. Məhz bu baxımdan Xidmətin qarşısında qoyulan ən mühüm vəzifə həqiqi hərbi xidmətə çağırışın qanunlara müvafiq qaydada təşkil edilməsidir.

Diqqətə çatdırılmışdır ki, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna əsasən, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ilə komplektləşdirilməsi məqsədi ilə 2013-cü il ərzində də çağırış yaşına çatmış gənclər müddətli həqiqi hərbi xidmətə cəlb edilmiş və təyin olunduqları hərbi hissələrə göndərilmişlər.

Qeyd edilmişdir ki, gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi, çağırışqabağı hazırlığın keyfiyyətinin daha da yaxşılaşdırılması, Silahlı Qüvvələrin və qanunvericiliyə uyğun yaradılmış başqa silahlı birləşmələrin daha bilikli və fiziki hazırlıqlı kadrlarla komplektləşdirilməsi məqsədilə sistemli və məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikanın ümumtəhsil məktəbləri arasında “Vətənin müdafiəsinə hazıram” devizi altında “Şahin” və “Cəsurlar” respublika hərbi-idman oyunları təşkil edilir ki, bu da şagirdlərin ordu sıralarında xidmətə hazırlanmasına təkan verir.

A.Rəhimov xüsusi vurğulamışdır ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti dövlətin, xalqın və Ali Baş Komandanın etimadını doğrultmaq, üzərinə düşən məsul və şərəfli vəzifələri layiqincə yerinə yetirmək üçün bundan sonra da böyük səy və fədakarlıqla çalışacaqdır.

Tədbirin sonunda xidmətdə fərqlənən əməkdaşlar mükafatlandırılmışlar.

 

AzərTac.az