Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sosial yardımların qanunsuz təyin olunması ilə mübarizə aparır

Posted by

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ünvanlı sosial yardımların (ÜSY) qanunsuz təyin olunması faktları ilə mübarizə aparır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.

Nazir qeyd edib ki, nazirliyin saytında bütün şəhər, rayon və kəndlər üzrə ünvanlı sosial yardımların təyin olunduğu şəxslərin tam siyahısı dərc olunub: “Artıq bu və ya digər yaşayış məntəqəsinin sakinləri tərəfindən bizə adları həmin siyahıda olmasına baxmayaraq, yardım ala bilməyən şəxslərin siyahısının göndərilməsi halları mövcuddur”.

S.Müslümovun sözlərinə görə, nazirlik belə müraciətlərin hamısına baxır: “Ağdam rayonunda oxşar pozuntu faktları üzrə büdcəyə 150 min manat vəsaitin qaytarılması təmin edilib. Müəyyən edilib ki, 86 şəxsə sosial yardım qanunsuz olaraq təyin edilib, vəsait isə mənimsənilib. Yaxın vaxtlarda qanunu pozanların məsuliyyətə cəlb edilməsi üçün toplanan məlumat Baş Prokurorluğa göndəriləcək. Hazırda analoji araşdırmalar Lerik rayonunda da aparılır”.

Nazir, həmçinin vətəndaşları dərc olunmuş siyahılara diqqət yetirməyə və bu sahədə pozuntu aşkar edildikdə nazirliyə müraciət etməyə çağırıb.

2014-cü il yanvarın 1-nə olan vəziyyətə görə, 615 516 nəfər və ya 140 711 ailə ünvanlı sosial yardım alır. ÜSY alanların ümumi sayından 39 852 ailədə üç və daha çox uşaq var.

ÜSY-nin orta məbləği hər ailəyə 126,88 manat və ya yardımı alan hər kəsə orta hesabla 29,01 manatdır.

Trend.az