Avropa Şurası və ATƏT insan alverinə qarşı mübarizə mövzusunda birgə konfrans keçirəcək

Posted by

Avropa Şurası və ATƏT fevralın 17-18-də Vyanada insan alverinə qarşı mübarizə mövzusunda birgə konfrans keçirəcək.

Trend-in ATƏT-in rəsmi saytına istinadən verdiyi məlumata görə, sözügedən yüksək səviyyəli konfransda əsas diqqət İnsan alverinə qarşı Avropa Şurası Konvensiyası və ATƏT-in İnsan Alverinə Qarşı Mübarizə üzrə Fəaliyyət Planının icrası zaman ortaya çıxan problemlərə yönələcək.

İki günlük konfrans bu günə kimi bu sahədə əldə olunan irəliləyişin bir daha nəzərdən keçirilməsi və geniş təcrübə mübadiləsi üçün imkan yaradacaq.

Tədbirdə beynəlxalq təşkilatlar, vətəndaş cəmiyyətləri və hökumətlər arasında müasir dövrün köləliyinə qarşı mübarizədə əməkdaşlıq və tərəfdaşlığın genişləndirilməsi yolları araşdırılacaq.

Konfransda Avropa Şurasının baş katibi Torbyorn Yaqland, ATƏT-in baş katibi Lamberto Zannier, ATƏT-in insan alverinə qarşı mübarizə üzrə xüsusi təmsilçisi və koordinatoru Maria Qratsia Ciammarinaro, Avropa Şurasının insan hüquqları üzrə komissarı Nils Muiznieks və digərləri çıxış edəcəklər.

Trend.az