Bakıda Azərbaycan-ABŞ iş planına əsasən seminar keçirilir
Bu gün Bakı şəhərində Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələrinin iştirakı ilə beynəlxalq səviyyəli tədbir başlayıb.
Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Fevralın 10-dan 13-dək Əməliyyat İmkanları Konsepsiyası taborunun 2-ci səviyyəli NATO qiymətləndirməsi üzrə təliminə hazırlıqla əlaqədar məsləhət görüşü keçirilir.
Fevralın 10-dan 14-dək isə Azərbaycan-ABŞ iş planına əsasən “İnsan resurslarının idarə edilməsi” mövzusunda seminar keçiriləcək.
Apa.az