“Olimpiya barışığı” dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar

Posted by

"Olimpiya barışığı" dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar

 

“Olimpiya barışığı” dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar

"Olimpiya barışığı" dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar

 

“Olimpiya barışığı” dövründə ermənilər növbəti dəfə atəşkəsi pozublar.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 49 dəfə pozulub.

Erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Veysəlli, Aşağı Əbdürrəhmanlı, Horadiz, Ağdam rayonunun Mərzili, Yusifcanlı kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

Qeyd edək ki, bir müddət əvvəl ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik qeyd etmişdi ki, Azərbaycan və Ermənistan prezidentləri Soçi Qış Olimpiya Oyunları dövründə atəşkəs rejiminə sadiq qalacaqlarını bildiriblər.

 

Trend.az