ASK-nın nəzdində “Hüquq, konsaltinq və audit” komissiyası yaradılmışdır

Posted by

ASK-nın nəzdində “Hüquq, konsaltinq və audit” komissiyası yaradılmışdır

 

ASK-nın nəzdində “Hüquq, konsaltinq və audit” komissiyası yaradılmışdır

ASK-nın nəzdində “Hüquq, konsaltinq və audit” komissiyası yaradılmışdır

 

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) nəzdində “Hüquq, konsaltinq və audit” komissiyasının yaradılması məqsədi ilə iclas keçirilmişdir.

ASK-dan AzərTAc-a bildirmişlər ki, iclasda konfederasiyanın prezidenti Məmməd Musayev çıxış edərək komissiyanın yaradılmasının vacibliyini qeyd etmişdir. Bildirilmişdir ki, bu, müvafiq dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar qarşısında sahibkarlıq subyektlərinin hüquqlarını, əmlak və digər qanuni mənafelərini müdafiə etmək, ölkədə milli iqtisadiyyatı gücləndirmək və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün münasib şərait yaratmaq məqsədi daşıyır.

İclasda müvafiq əsasnamə qəbul olunduqdan sonra komissiyanın sədri, müavinləri və katibi seçilmişdir.

“ASPİ Engineering Ltd” şirkətinin idarə heyətinin sədri Fuad Seyidbəyli komissiyanın sədri, “Hüquq Ekspert Servis” şirkətinin direktoru Elçin Nadirov və “L.B. Konsaltinq” MMC direktoru Lamiyyə Bayramova sədrin müavinləri, “Global Technikal Salutions” şirkətinin baş direktoru Fuad Məhərrəmov isə komissiyanın katibi seçilmişdir.

 

AzərTac.az