Səyyar “ASAN Xidmət” daha 22 məntəqədə 41 rayonun əhalisinə xidmət göstərəcək
Bu günədək səyyar “ASAN Xidmət” çərçivəsində 13 məntəqədə 24 rayonun sakinlərinə müvafiq dövlət orqanlarının xidmətləri göstərilib. Bundan sonra isə daha 22 məntəqədə 41 rayonun sakininə səyyar “ASAN Xidmət” in göstərilməsi planlaşdırılır.
Bu barədə Trend-ə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Sentyabrın 25-dən başlayaraq isə səyyar “ASAN Xidmət”dən Cəlilabad və Biləsuvar rayonlarının ümumi sayı üç yüz mindən çox olan sakininə Cəlilabad rayonunda xidmət göstərməyə başlayıb. Həmin rayonların sakinləri oktyabrın 9-dək səyyar şəkildə xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunan xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, artıq səyyar ” ASAN Xidmət”dən Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda Sabirabad və Saatlı, Şamaxı şəhərində Şamaxı, Qobustan və Ağsu, Salyan rayonunda Salyan və Neftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ , Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam , Lənkəran şəhərində isə Lənkəran və Lerik, Yevlax rayonunda isə Mingəçevir və Yevlax rayonlarının sakinləri yararlanıblar.