Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü gələn ilin birinci yarısında keçiriləcək
Beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşü 2014-cü ilin birinci yarısında keçiriləcək.
APA-nın xəbərinə görə, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakıda keçirilmiş 33-cü iclasını şərh edərkən bildirib.
Onun sözlərinə görə, görüş Rusiyada baş tutacaq: “Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün nazirlər səviyyəsində görüşün keçirilməsi vacibdir. Bu görüş 2014-cü ildə Rusiyada keçirilməsi planlaşdırılan növbəti Xəzər sammitinə hazırlıq prosesində mühüm mərhələ olacaq”.