Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü gələn ilin birinci yarısında keçiriləcək

Posted by

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü gələn ilin birinci yarısında keçiriləcək

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü gələn ilin birinci yarısında keçiriləcəkXəzəryanı ölkələrin xarici işlər nazirlərinin növbəti görüşü gələn ilin birinci yarısında keçiriləcək

Beş Xəzəryanı ölkənin xarici işlər nazirlərinin növbəti görüşü 2014-cü ilin birinci yarısında keçiriləcək.

APA-nın xəbərinə görə, bunu Qazaxıstan xarici işlər nazirinin müavini Kayrat Sarıbay Xəzərin hüquqi statusu ilə bağlı işçi qrupun Bakıda keçirilmiş 33-cü iclasını şərh edərkən bildirib.

Onun sözlərinə görə, görüş Rusiyada baş tutacaq: “Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi üçün nazirlər səviyyəsində görüşün keçirilməsi vacibdir. Bu görüş 2014-cü ildə Rusiyada keçirilməsi planlaşdırılan növbəti Xəzər sammitinə hazırlıq prosesində mühüm mərhələ olacaq”.