ASAN xidmətin büdcədən maliyyələşməsi artırılır

Posted by

Azərbaycanın 2018-ci il dövlət büdcəsinin layihəsində Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə (ASAN) 24 553 428 manat həcmində vəsaitin ayrılması nəzərdə tutulub.

“Report” bu barədə 2018-ci il dövlət büdcəsinin layihəsinə istinadən xəbər verir.

Bu, 2017-ci ilin gözlənilən icrası ilə müqayisədə 17,2% artım, 2016-cı ilin icrası ilə müqayisədə isə 49,3% artım deməkdir.

Bunun 5 838 637 manatı əməyin ödənişi, 5 196 740 manatı idarənin saxlanılması, 4 052 653 manatı kommunal və kommunikasiya xidmətlərinin ödənilməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycanın 2018-ci il dövlət büdcəsinin gəlirləri 20,127 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirlər 19,476 mlrd. manat, yerli gəlirlər 650,671 mln. manat), xərcləri isə 20,906 mlrd. manat (o cümlədən, mərkəzləşdirilmiş xərclər 20,182 mlrd. manat, yerli xərclər isə 724,092 mln. manat) həcmində proqnozlaşdırılır.

Report.az