Monitorinqin təşkili və həyata keçirilməsi haqqında qərar 2004-cü ilin oktyabrında «Şəffaf seçkilər » Monitorinq Mərkəzi və «Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiyasiyası »nın rəhbərlərinin görüşündə qəbul edilmişdir. Məsələ ilə bağlı prinsipal qərar qəbul edildikdən sonra monitorinqə iki təşkilatın nümayəndələrindən ibarət inzibati qrupun rəhbərlik edəcəyi haqda razılaşma əldə edilmişdir. Bundan sonra inzibati qrup monitorinqin təşkili və keçirilməsini təmin etmək üçün üç işçi qrupun yaradılması haqqında qərar qəbul etmiş, təcrübəli mütəxəssislərdən ibarət sosioloq, jurnalist və hüquqşünas qrupları yaradılmışdır. Qruplara ayrı-ayrı vəzifələr tapşırılsa da, onlar fəal əməkdaşlıq şəraitində işləyirdilər.
17 dekabr 2004-cü il AR yerli özünüidarə orqanlarına seçkilərin müşahidəsinə dair nəticələrinin yekun hesabatı
Posted by