BEYNƏLXALQ HÜQUQ, XARİCİ SİYASƏT VƏ DİPLOMATİYA – Aslanova Günel

Posted by

Beynəlxalq hüquq və xarici siyasətin nisbəti məsələsinə keçmədən öncə beynəlxalq hüququn özünün nə demək olduğunu bilmək vacibdir. Beynəlxalq hüquq hüququn bir sahəsi olmaqla dövlətin xarici münasibətlərini, əlaqələrini nizamlayan normalar sitemidir. Müasir dövrdə beynəlxalq hüququn məzmununu genişləndirməsi məntiqi şəkildə onun subyektlərinin dairəsi genişləndirilməsi deməkdir. Buraya dövlətlər, beynəlxalq təşkliatlar, özünüidarəetmə qabiliyyətinə malik olan xalqlar, milli azadlıq mücadiləsi verən millətlər bəzən isə fiziki və hüquqi şəxslər də aid edilir. Buradan belə nəticə əldə etmək olur ki, beynəlxaq hüquq çox geniş sahələri əhatə edən beynəlxalq münasibətlər və normalar sistemidir. 
Beləliklə dövlətlər, beynəlxalq hüququn subyektləri ilə öz münasibətlərini xarici siyasət əsasında qurur və bu siyasətin yerinə yetirlməsi nəticəsində beynəlxalq hüquq normaları yaradır ki bunlar da müxtəlif formalrda olur. Bu münasibətlər iki tərəfli, regionla, universal səviyyədə qurula bilər ki bunun da əsasını müqavilə və konvensiyalar təşkil edir.
Xarici siyasət dövlətin beynəlxalq münasibətləri ilə, məqsədləri, istiqamətləri, vəzifəsini müəyyənləşdirir. Dövlətlər xarici siyasət həyata keçirərkən əsas məqsədləri onun öz vətəndaşlarının hüquq və azdlıqlarının qorunması və müdafiəsi eləcə də dövlətin irəliləyişi üçün çox əlverişli mühitin yaradılması və təhlükəsizliyini təmin etməkdən ibarətdir.
Beynəlxalq hüququn xarci siyasətlə və ümumiyyətlə siyasətlə bağlılığı məsələsi nə deməkdir? Eləcədə onlardan hansının daha önəmli olması və hansının digərini kölgədə saxlamsı məsələsi bu suallar və onların cavabı çox vacib olan məsələlərdir. Ancaq burada bir həqiqət də var ki, hansı daha güclüdür və bütün mübahisələrə baxmayaraq, onların arasında qırılmaz əlaqə vardır . Bu hətta beynəlxalq məhkəməninin aktlarında da öz əksini tapmışdır.
Bu problemlə bağlı Sovet dövrünün hüquqşünası olan Q.İ .Tunkin və D.B.Levinin əsərləri və fikirlərinə görə “Beynəlxalq hüquq xarici siyasətin həyata keçirilməsində bir alətdir, vasitədir Bu məsələ öz əksini Müasir Dövr Rus ədəbiyyatlarında da tapmışdır.
Digər dövlətlərin də beynəlxalq hüquq üzrə mütəxəsisləri də beynəlxalq hüquqla siyasətin qarşılıqlı əlaqəsinin olmasından danışır. Məsələn Amerikalı beynəlxalq hüqşünası R. Ben yazır:
“Siyasət hüquqsuz təssəvür edilə bilmədiyi üçün, beynəlxalq hüquq da xarici siyasətsiz mövcud ola bilməz və bu mümkünsüzdür. Finlandiyalı beynəlxalq hüquqşünas M.Koskoni yazırdı: Beynəlxalq hüquq xarici siyasətlə münasibətlərində birgə onunla bibaşa əlaqəsinin olmaması kimi siyasətlə müqayisədə bir fenomen kimi qəbul etmək olar.
Beynəlxalq hüquq xarici siyasətin vasitəsidir. Ancaq bununla bərabər beynəlxalq hüququn özü də bir mədəni fenomendir. O, öz əksini ölkənin daxili siyasətində tapır, xaricində yox.
Xarici ədəbiyyatlarda beynəlxalq hüquq və xairci siyasətin nisbəti məsələsi ilə bağlı iki cərəyan var. Bəziləri hesab edir ki beynəlxalq hüquq xarici siyasətin üzərində öz dominantlığını qoruyur və ondan üstündür. İkinci cərəyanının tərəfdarlaı isə hesab edir ki, beynəlxalq hüquq formal şəkildə mövcuddur və onun xairci siyasətin üzərində dominantlığı sıfıra bərabərdir. Birinci fikrin tərəfdarları belə hesab edir ki, Beynəlxalq hüquq xarici siyasətin ən yüksək hüquqi formasıdır və xarici siyasət kursuna əsaslanır. Məşhur Amerikan professoru L.Qenkin yazırdı. “Hüquq siyasətdir” .
Siyasi realizmin tərəfdarları hesab edirlər ki, beynəlxalq hüquq dövlətin xarici siyasətinin həyata keçirilməsinə heç bir məhduduiyyət qoymur. (Q.Morqentaun)
Siyasi orientasiyalı hüququn tərəfdarları isə hüquqla siyasətin qarşılıqlı olduğunu bildirmişlər.
Hüququn xarici siyasətdə rolunun azaldılması hər iki anlayışa mənfi təsir edir. Çünki, ən yaxşı siyasət dövlətin onu həyata keçirmək hüququn avtoritetliyini qəbul etməsidir. Belə ki, məsələn beynəlxalq hüquqi normativ çərçivədə xarici siyasət yeridən dövlətin dünya dövlətləri arasında etibarlılığının və nüfuzu olur nəyinki təcavüzkar siyasət yeridən dövlət.
Beynəlxalq hüququn formal olması fikri isə onun rolunu azladır və onun siyasətlə əlaqəsnini heçə endirir. Belə olan tədqirdə siyasət faktiki münasibətlərə əsasən qurulur və beynəlxalq hüququn tətbiqinə zidd olurdu. Bu fikrin tərəfdarları beləliklə bir növ təcavüzə haqq qazandırmaqla belə hesab edirlər ki, beynəlxalq hüququ və xarici siyasəti bir-birinə qaşrı qoymaq olmaz. Əsas məsələ odur ki, hər iki sahənin hansı yarımsahə daxilində fəaliyyət göstəməsi müəyyənləşdirilsin.
Müasir dövr siyasətin yenidən gücləndiyi bir zamandır. Bütün milli və beynəlxalq münasibətlər tənzimlənəyə ehtiyac duyulur və bu münasibətlərin tənzimlənməsində sözsüz ki siyasətin rolu böyükdür.
Siyasətin rolunun artması nəticəsində onun alətlərindən biri olan hüququn rolu artır.
Xarici siyasət bu dövlətin xarici fəaliyyətinin strategiyasıdır, onun tərkibinə beynəlxalq hüququ aid etmək olmaz. Siyasət dövlətin həm milli, həm də beynəlxalq nüfuzunun göstəricisidir, əksdir.
Öz siyasətini yaradan və və dəyişdirən dövlət beynəlxalq hüququ həm yaradır, həm də dəyişdirir. Bununla belə beynəlxalq hüquq heç də hər hansı bir siyasətin məhsulu deyildir. Beynəlxalq hüququn qurulması və inkişafı uzunmüddətli tarixi bir prossesin məhsuludur. Yəni bir növ tarixi obyekttivlikdir. Ancaq burada da uzun sürən siyasi proseslərin rolu böyükdür. Artıq müasir dövrdə beynəlxaq hüquq öz inkişafını elə bir pilləsindədr ki, o xarici siyasətdən o qədər də asılı deyil və öz müstəqilliyini qoruyub saxlaya bilmək gücündədir.
Q.İ.Tunkin yazırdı: Beynəlxalq hüquq çox əhəmiyyətli olmayan siyasətin aləti ola bilər. Bir tərəfdən beynəlxalq hüquq xarici siyasət üçün yeni imkan yaradır, digər tərəfdən isə ona zidd olan siyasətin fəaliyyətini qadağan edir.
Belə bir fikir var ki ciddi hüquqi tənzimlənməyə böyük ehtiyacı olan sahələrə (məsələn təhlükəsizlik) siyasəti çox mühüm rol oynayır.
Dövlətlərin praktikasını analiz edərkən görə bilərik ki, xarici siyasi qərarın beynəlxalq hüququn çərçivəsi daxilində qəbul olunması heç də böyük dairələrin fəaliyyətinə əhəmiyyətli təsir etmir və bir növ beynəlxalq hüququn onların siyasətini məhdudlaşdırılması onların maraqlarına uyğun deyildir.
Bu da təəcüblü deyildir ki, -Dövlət Katibi olan D.Açesonda bildirmişdir ki, çox ciddi siyasi problemlərin tənzimlənməsində ümumiyyətlə hüquq olmur. Bunu deməklə elə də çox şeyin dəyişməsinə təəcüblənmirsən.
Məsələn Amerika Birləşmiş Ştatlrının 1982-ci ildə Qrenadaya hücumu , bundan əlavə 2003-cü ildə İraqa hücum təşkil etməsi beynəlxalq hüquq normalarını pozmaqla həyata keçirilmişdir ki, bu da hələ də dövlətlərin öz xarici siyasətlərini həyata keçirməklə beynəlxalq hüquqa heç bir əhəmiyyət vermədiyini bir daha təsdiqləyir.
Beynəlxalq hüquq bir növ böyük dövlətlərin xarici siyasət alətdir. Onların özlərinə sərf etmədkidə isə onu pozana qarşı böyük hay-küy qaldırır və ona sanksiya tətbiq edirlər.
Beynəlxalq hüquqda belə aşağı qiymət verilməsi (siyasətçilər tərəfindən ) siyasi elitanın beynəlxalq hüquqi biliklərin həm azlığına həm də onların bu mədəniyyətinin olmamasına dəlalət edir. Ancaq bu məsələ də poblemin hələ bir tərəfidir.
Bu məsələni xüsusilə tədqiq etmiş Amerikal professor F.Boyl (R.Reyqanın hökumətinin tərkibində fəaliyyət göstərmişdir) belə bir fikir irəli sürmüşdür. : Bir qrup qadın və kişilər kimlər ki, hüquqi bilikləri xeyli məhduddur və əsasən Makiavelli ruhunda tərbiyə olmuşldur, ki, onların fəaliyyəti də xarici siyasətdə öz əksini məhz bu formada tapır. Belə fikirləşir ki, bu fikirə vəziyyət heç də təkcə Amerikaya aid deyil. Lakin bunu da iddia etmək olmaz ki, elə sadəcə beynəlxalq hüquqi məlumatsızlıq, beynəlxalq hüququn xarici siyasət və beynəlxalq münasibətlərdə öz təsirinin yeganə səbəbidir. Bu da yalnış fikirdir. Məsələn D.Açesin özü də yüksək səviyyədə təhsil görmüş hüquqşünas idi. A.Y.Visenski də kimi SSRİ-nin Xarici İşlər Naziri olmuşdur, onun beynəxalq hüquqla bağlı dərslikləri var. Biz əgər onların siyasi fəaliyyətinə nəzər salsaq görərik ki, beynəlxalq hüquq heç də onların yürütdüyü siyasətdə əhəmiyyətli rol oynayıb əksinə onlar buna çox da əhəmiyyət verməyib. Bundan daha pisi isə həmin yəni beynəlxalq hüquqi bililklərə yeyələnən həmin bu şəxslər yəni indiki diplomatik korpusada fəaliyyət göstərən nümayəndələr öz beynəlxalq hüquqi biliklərindən istifadə edib beynəlxalq hüquqa heç də az zərbə vurmurlar . Onlar öz siyasətlərinə haqq qazandırmaq üçün beynəlxalq hüqua əl atırlar və ondan vasitə kimi öz mənafeləri naminə istifadə edirlər.
Bu məsələ ilə bağlı F.Boyl bildirmişdir ki ABŞ öz siyasətlərini qurarakən həmin bu şəxslərdən istifadə edir və öz siyasi kurslarına bir növ hüquqi don geyindirirlər.
İctimai həyatın beynəlmilləşməsi dövlətlərin də öz xarici siyasətlərini beynəlmilləşməsini tələb edir. Hətta indiki dövrdə də məşhur olan “milli eqoizim” də xarici siyasətə və dövlətin maraqlarına mənfi təsir edir və heç də dövlətin maraqlarını tam təmin etmir. Hətta “milli eqoizim” siyasəti dövlətin və millətin maraqlarına da güclü zərbə endirir və onun maraqlarının müdafiəsində effektiv fəaliyyət göstərmir.
Yüksələn siyasət ən yüksək səviyyədə dövlətin ən ali və ümumi maraqlarını əks etdirməli və ümumi hümanist dəyərlərə qiymət verən, dövlətdə insan hüquq və azadlıqlarının müdafiəsi və demokratiyanın təmini sahəsində iş görməlidir.
Dövlətin xarici siyasətində millətçilik ideyası dövləti tezliklə fəlakətlərə düçar edə bilər dövlət çalışmalıdır ki öz siyasətində proiritet məsələ kimi insan ların hüquq və zadlıqları ali məqsəd olsun burada milli, dini, etnik, irqi diskriminasiyaya yol verməməlidir. Bununla da dövlət beynəlmilləşməni həyata keçirməklə dövlətin xarici siyasətini bunun üzərində kökləməlidir. Bu siyasət beynəlxalq hüququn güclənməsi və nüfuzunun artmasına xidmət edəcəkdir.
Beləliklə beynəlxalq hüquq siyasətlə ciddi əlaqələri olmasına baxmayaraq, özlüyündə müstəqil sosial anlayış daşıyır və real şəkildə mövcudluğunu nümayiş etdirir bu reallığı isə sözsüz ki siyasət nəzərə almaya və hesablamaya bilməz.
Qeyd etdiyimiz kimi heç bir dövlət cəsarət edib, beynəlxalq hüququ pozmaz , çünki bu beynəlxalq arenada və dövlətlər arasında onun etibarlılığına ciddi xələl gətirə bilər ki çox vaxt dövlətlər buna görə də riskə getmirlər.
Siyasətin hüquqa təsirini nəzərə alaraq, və bu təsiri beynəlxalq hüquqla bərabərləşdirmək (qarşlıqlı nisbət) vacib məsələdir və bunun üçün biz gərək, beynəlxalq hüququn xarici siyasət üzərində dominatlığını qəbul edərək, hüquqi siyasət qanunlara əsaslanmalıdır, qanunlara nisbətdə yox. (politiac legibus, non leges politicis adaptandas)
Beynəlxalq hüququn primatlığı xarici siyasətin bir hissəsi olmalıdır.
Bu sahədə indiki vəziyyətdə addımlar atılmaqdadır. Məsələn Müstəqil Dövlətlər Birliyinin belə bir prinsip var ki, beynəlxalq hüququn üstünlüyü beynəlxalq əlaqələr sahəsində tanınmalıdır və aparılan bütün siyasətlər beynəlxalq hüquqa uyğun olmalıdır, onunla ziddiyyyət təşkil etməməlidir.

Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və
Beynəlxalq Münasibətlər fakültəsinin
magistri Aslanova Günel