Baş nazirin müavini Zəngilan, Qubadlı və Şuşa rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb
Yanvarın 29-da Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Zəngilan, Qubadlı və Şuşa rayonları ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Əli Həsənov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirələrdə qarşıya qoyduğu vəzifələrdən, bu vəzifələrin yerinə yetirilməsi istiqamətində görülən işlərdən danışıb.
Baş nazirin müavini qeyd edilən rayonlardan olan məcburi köçkünlərin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb.
AZƏRTAC