BMT-nin icraçı katibinin Azərbaycana səfərinin proqramı açıqlanıb
BMT-nin Asiya və Sakit okean ölkələrində iqtisadi və sosial məsələlər üzrə Komissiyasının (ESCAP) icraçı katibi Şamşad Aktarın Azərbaycana səfərinin proqramı açıqlanıb.
Qurumun strateji kommunikasiya və təbliğat departamentindən APA-ya verilən məlumata görə, 2-3 fevral tarixlərində baş tutacaq səfərin məqsədi Azərbaycan hökumətinin rəsmiləri ilə görüşlər keçirməkdir.
Görüşlərdə Mərkəzi Asiya və Qafqaz regionuna təsir edən iqtisadi məsələlər müzakirə olunacaq. Həmçinin 2030-cu ilin inkişaf məqsədləri çərçivəsində ESCAP-ın Azərbaycana edə biləcəyi yardımla bağlı fikir mübadiləsi aparılacaq.
So
Apa.az