Sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir

Posted by

Sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir

Sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir

 

 

Sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir

Dekabrın 20-də Tbilisidə “Qadına qarşı zorakılığa yox!” mövzusunda konfrans keçirilib.

 

Konfransda Gürcüstanın dövlət və hökumət rəsmiləri, Azərbaycanın, Türkiyə və İranın bu ölkədəki səfirliklərinin təmsilçiləri, qeyri-hökumət təşkilatlarının, dini icmaların və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 

Konfransın moderatoru Qərbi Gürcüstan müftisinin müavini Adəm Şantadze bildirib ki, bu ölkədə yaşayan müsəlmanların təşəbbüsü ilə keçirilən tədbirin məqsədi qadınlara qarşı zorakılığın qarşısının alınması yollarını müzakirə etməkdir.

 

Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Paata Zakaraşvili, Qərbi Gürcüstan müsəlmanlarının müftisi Bekalar Kamaşadze, Gürcüstan müsəlmanları idarəsinin sədri Ramin İgidov, Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşaxanadze, Şərqi Gürcüstan müsəlmanlarının müftisi Yasin Əliyev, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin müdiri Nərgiz Əliyeva və başqaları çıxış edərək mövzunun aktuallığından danışıb, dünyada qadınlara qarşı törədilən zorakılıq hallarının acı nəticələrindən bəhs ediblər.

 

Bildirilib ki, sosial bərabərlik cəmiyyətin inkişafını təmin edən əsas amildir. Gürcüstanda qadınlara qarşı zorakılıq hallarının artması ölkə ictimaiyyətini çox ciddi narahat edir. Gürcüstanın Avropaya inteqrasiyası, Avropa İttifaqı ilə Assosiativ Sazişin imzalandığı bir vaxtda belə bir tədbirin keçirilməsi olduqca vacibdir.

 

Qeyd olunub ki, müxtəlif dinlər, eləcə də İslam dini qadınlara qarşı zorakılığı pisləyir. Xüsusən İslamda qadına kişilərlə bərabər hüquq verilir. Bu gün dünyada qeyd olunan gender bərabərliyi məhz İslam dininin bizə miras qoyduğu əsas prinsiplərdən biridir.

 

Diqqətə çatdırılıb ki, bu gün erkən nikahlar və boşanmalar, qadınların təhsildən yayınması zərif cinsə qarşı zorakılığa yol açan amillərdəndir. Bunun qarşısının alınması üçün gənclər arasında maarifləndirici tədbirlər keçirilməlidir. Bu işdə dövlətlə qeyri-hökumət təşkilatları sıx əməkdaşlıq etməlidir.

 

AzərTac.az