Keyfiyyətsiz məhsulların satışı və süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanıb

Posted by

Keyfiyyətsiz məhsulların satışı və süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanıb

Keyfiyyətsiz məhsulların satışı və süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanıb

 

 

Keyfiyyətsiz məhsulların satışı və süni qiymət artımı ilə bağlı monitorinqlərə başlanıb

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti keyfiyyətsiz məhsulların satışı və süni qiymət artımı ilə bağlı monitorinqlərə başlayıb.

 

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyev AzərTAc-a müsahibəsində deyib ki, hələlik heç bir sahibkarın qiymətləri süni şəkildə artırması və keyfiyyətsiz məhsul satması faktına rast gəlinməyib. “Amma əvvəlki illərin monitorinqlərindən məlumdur ki, bayram ərəfəsində bəzi yerlərdə vaxtı ötmüş və mənşəyi məlum olmayan mallar satılır. Bəzi ticarətçilər hesab edir ki, uşaqları aldatmaq daha asandır. Ona görə də belə məhsullar uşaq hədiyyələri adı altında tərtib olunur. Bəzən yeni il hədiyyələrinin içərisində qablaşdırılan ərzaq məhsullarının üzərində saxlama müddəti tələb olan müddətdən artıq göstərilir, müəyyən məhsulların üzərində ümumiyyətlə, istehsal tarixi və saxlama müddəti göstərilmir. Əvvəlki illərdə ticarət obyektlərində aparılan yoxlamalar zamanı minlərlə mənşəyi məlum olmayan hədiyyə satışdan çıxarılaraq məhv edilib. İstərdik Yeni il qabağı bu cür faktlar heç olmasın. Monitorinqin nəticələri barədə ictimaiyyətə məlumat verəcəyik”, – deyə bildirib.

 

A.Əliyev deyib ki, ticarət qaydalarını pozanlar İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimə olunacaqlar. Amma cərimə ilə iş bitmir: “Yaxşı olar ki, yeni il hədiyyəsi alarkən qutuların üzərində istehsalçının adı və ünvanı, hədiyyənin tərkibi, istehsal tarixi və son istifadə müddəti göstərilməsinə diqqət yetirsinlər. Həmçinin rastlaşdıqları mənfi hallarla bağlı nazirliyin 195-2 məlumat xidmətinə, eləcə də 498-15-01 və 498-15-04 nömrəli telefonlara da zəng edib məlumat verə bilərlər”, – deyə o bildirib.

 

AzərTac.az