Azərbaycanda dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün yeni tələb müəyyənləşib

Posted by

Azərbaycanda dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün yeni tələb müəyyənləşibAzərbaycanda dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün yeni tələb müəyyənləşib

Azərbaycanda dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün yeni tələb müəyyənləşib

Azərbaycanda dövlət kəmiyyət vahidi etalonlarından və ölçmələrin vəhdətinin təmin edilməsinin dövlət tənzimlənməsinə aid olan ölçmələrin aparılması üçün özünə məxsus kəmiyyət vahidi etalonundan istifadə etmək istəyən dövlət orqanları, hüquqi və fiziki şəxslər dövlət ilkin kəmiyyət vahidləri etalonları ilə izlənilən kəmiyyət vahidləri etalonlarından istifadə etməlidirlər.

 

APA-nın məlumatına görə, bu, dekabrın 21-də Nazirlər Kabineti tərəfindən təsdiqlənən “Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının təsdiqi, saxlanılması, tutuşdurulması və tətbiqi, kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi, kəmiyyət vahidləri etalonlarından istifadə qaydaları, kəmiyyət vahidi etalonlarına dair məcburi tələblər və bu tələblərə uyğunluğun qiymətləndirilməsi Qaydası”nda əksini tapıb.

 

Dövlət kəmiyyət vahidləri etalonları Azərbaycan Respublikasının etalon bazasını təşkil edir. Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının qorunub saxlanılması və dövlət ilkin kəmiyyət vahidləri etalonlarından kəmiyyət vahidlərinin ötürülməsi Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir. Komitə tərəfindən yaradılan Azərbaycan Respublikasının etalon bazasını təşkil edən dövlət kəmiyyət vahidləri etalonlarının tərkibində kəmiyyət vahidinin reallaşdırılmasını (təkrarlanmasını), saxlanılmasını və ötürülməsini ən yüksək dəqiqliklə təmin edən etalonlar Komitə tərəfindən dövlət ilkin kəmiyyət vahidi etalonu qismində təsdiq olunur. Kəmiyyət vahidinin dövlət etalonundan dövlət orqanlarının, hüquqi və fiziki şəxslərin istifadəsində olan dövlət tənzimlənməsi sahəsində tətbiq edilən ölçmə vasitələrinə və kəmiyyət vahidi etalonlarına ötürülməsi onların müraciəti əsasında Komitə tərəfindən təmin edilir.

 

Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi ilə bağlı müraciət Komitəyə daxil olduğu gün qeydiyyata alınır və 3 gün müddətində kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin yeri və vaxtı barədə müraciət etmiş şəxsə məlumat verilir. Müraciət daxil olduğu vaxtdan 30 gün müddətində Komitə tərəfindən kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi təmin olunur. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsi ilə bağlı müraciət etmiş şəxs ölçmə vasitəsinin və ya kəmiyyət vahidi etalonunun ötürülmənin keçirildiyi yerə gətirilməsini təmin etməlidir. Kəmiyyət vahidinin dövlət etalonundan ötürülməsinin nəticələri müsbət olarsa 1 gün müddətində kalibrləmə sertifikatı tərtib olunaraq müraciət etmiş şəxsə göndərilir. İstismar sənədlərinə uyğun olaraq, kəmiyyət vahidləri etalonlarının metroloji xarakteristikalarının dəyişməsinə və düzgün işləməsinə şübhə yarandıqda onun istifadəsi dərhal dayandırılmalıdır. Kəmiyyət vahidləri etalonları təmirdən sonra dövlət kəmiyyət vahidi etalonları ilə kalibrləndikdən sonra istifadə oluna bilər.

 

Dövlət ilkin kəmiyyət vahidləri etalonlarının saxlanılması Komitə tərəfindən təmin edilir. Dövlət ilkin kəmiyyət vahidləri etalonları kənar şəxslərin daxil olması və müdaxiləsini istisna edən bu məqsədlə ayrılmış yerlərdə saxlanılır. Dövlət ilkin kəmiyyət vahidləri etalonları Beynəlxalq Ölçülər və Çəkilər Bürosunun kəmiyyət vahidləri etalonları və ya xarici dövlətlərin kəmiyyət vahidləri etalonları ilə tutuşdurulmalıdır. Azərbaycan Respublikasının etalon bazasına daxil olan dövlət kəmiyyət vahidləri etalonları il ərzində azı bir dəfə dövlət ilkin kəmiyyət vahidi etalonları ilə kalibrlənməlidir. Dövlət kəmiyyət vahidləri etalonlarının dövlət ilkin kəmiyyət vahidi etalonları ilə kalibrlənməsi cavabdeh şəxs tərəfindən həyata keçirilir.

 

Apa.az