Fikrət İsmayılova Azərbaycan Prezidentinin fərdi təqaüdü verilib
Prezident İlham Əliyev Fikrət İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Fikrət İsmayıl oğlu İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Trend.az