İlham Əliyev İsveçrə Konfederasiyasının yeni Prezidentini təbrik edib

Posted by

İlham Əliyev İsveçrə Konfederasiyasının yeni Prezidentini təbrik edibİlham Əliyev İsveçrə Konfederasiyasının yeni Prezidentini təbrik edib

İlham Əliyev İsveçrə Konfederasiyasının yeni Prezidentini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev İsveçrə Konfederasiyasının yeni seçilmiş Prezidenti Zati-aliləri xanım Simonetta Sommaruqaya təbrik məktubu ünvanlayıb.

 

Təbrikdə deyilir: “İsveçrə Konfederasiyasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

 

Azərbaycan-İsveçrə münasibətləri bu gün dinamik inkişaf yolundadır. Ümidvaram ki, dost ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi, əməkdaşlığımızın bütün sahələrdə dərinləşməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

 

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost İsveçrə xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

 

Trend.az