Venesiya Komissiyası Azərbaycanın “QHT-lər haqqında” qanununa rəy verib

Posted by

Venesiya Komissiyası Azərbaycanın “QHT-lər haqqında” qanununa rəy veribVenesiya Komissiyası Azərbaycanın “QHT-lər haqqında” qanununa rəy verib

Venesiya Komissiyası Azərbaycanın “QHT-lər haqqında” qanununa rəy verib

Avropa Şurası Venesiya Komissiyasının (VK) dekabrın 12-də keçirilmiş plenar sessiyasında Azərbaycanın “QHT-lər haqqında” qanuna rəy qəbul edilib.

 

VK-nın nümayəndəsi Tatyana Bayeva APA-ya bildirib ki, rəydə sözügedən qanuna və bir neçə akta (qeydiyyat, qrantlar haqqında sənədlər, İnzibati Xətalar Məcəlləsi) edilmiş son əlavə və dəyişikliklərin müsbət dəyişikliklərə səbəb olduğu bildirilir.

 

“Rəydə qeyd olunur ki, QHT rəhbərliklərinə törətdikləri pozuntuları aradan qaldırmaq üçün verilən müddət 30 günə qaldırılıb. QHT-lərlə bağlı inzibati orqanlara və ya məhkəmələrə müraciət etmək hüququ qanun tərəfindən aydın şəkildə müəyyən olunub. Bu pozitiv dəyişikliklərə baxmayaraq, VK-nın 2011-ci il rəyindəki tövsiyələrinin bəziləri qanunda əhatə olunmayıb, QHT-lərin qeydiyyat proseduru sadələşdirilməyib, xarici QHT-lərin şöbə və nümayəndəlikləri ilə bağlı məsələ də narahatlıq doğuran məqam kimi qalır”, – deyə T. Bayeva vurğulayıb.

 

VK Azərbaycana tövsiyə edib ki, QHT-lərin qeydiyyatı və beynəlxalq QHT-lərin nümayəndəlikləri ilə bağlı məqamlara yenidən baxılsın, onların fəaliyyəti üçün nisbətən uyğun şərait yaradılsın. VK ekspertləri, həmçinin, QHT-lərin xarici fondlardan maliyyələşməsi ilə bağlı məhdudiyyətlərə yenidən baxılmasını tövsiyə ediblər.

 

VK Azərbaycan hakimiyyətinə bu və digər sahələrdə yardım etməyə hazır olduğunu da bildirib.

 

T. Bayeva qeyd edib ki, rəyin yekun mətni dekabrın 15-də VK-nın rəsmi saytında dərc tam şəkildə olunacaq.

 

Apa.az