Heydər Əliyevin anım günü münasibətilə Litvada bir sıra tədbirlər keçirilib

Posted by

Heydər Əliyevin anım günü münasibətilə Litvada bir sıra tədbirlər keçirilibHeydər Əliyevin anım günü münasibətilə Litvada bir sıra tədbirlər keçirilib

Heydər Əliyevin anım günü münasibətilə Litvada bir sıra tədbirlər keçirilib

Azərbaycanın Litvadakı səfirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü münasibətilə Litvanın Kaunas şəhərində bir sıra tədbirlər keçirilib.

 

Səfirlikdən Trend-ə verilən məlumata görə, ilk olaraq anım mərasimi Vitautas Maqnus Universitetində Kaunas şəhərində təhsil alan azərbaycanlı tələbələrlə keçirilib. Tədbirdə çıxış edən Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, azərbaycanlı tələbələrin xarici ölkələrdə təhsil alması təşəbbüsünün əsası ümummilli lider tərəfindən qoyulduğunu və keçən əsrin 70-80-ci illərində yüzlərlə azərbaycanlı tələbəni Rusiyanın nüfuzlu elm ocaqlarında təhsil almağa göndərdiyini auditoriyanın diqqətinə çatdıraraq, Heydər Əliyevin həyat və fəaliyyət yolu haqqında ətraflı məlumat verib, onun tərəfindən təməli qoyulmuş və həyata keçirilmiş nəhəng layihələrdən danışıb.

 

Ulu öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tələbələrə ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinə həsr edilmiş sənədli film nümayiş olunub.

 

Sonra tədbir Litva bəstəkarı və rəssamı, Litva peşəkar musiqisinin banisi Mikaloyüs Çürlyonisin adına milli incəsənət muzeyində M.Çürlyonisin və Azərbaycanın dahi bəstəkarı Üzeyir Hacıbəylinin əsərlərinin ifası ilə davam edib.

 

Tədbirdə Kaunas şəhərinin nümayəndəsi Viliya Adaşkeviçiene, Vitautas Maqnus Universitetinin və Kaunas Texnologiya Universitetin prorektorları və müəllimləri, Vitautas Maqnus Universitetinin musiqi fakültəsinin dekan müavini, M.Çarlionisin nəticəsi Rokas Zubovas, “AYOL” Litva Azərbaycanlı Gənclər Təşkilatının sədri Şahsuvar Hacızadə, Kaunasın ali məktəblərində təhsil alan azərbaycanlı, xarici və yerli tələbələr iştirak ediblər.

 

Səfir H.Məmmədzadə tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım mərasiminin Litvanın və Azərbaycanın dahi bəstəkarlarının musiqiləri ilə yad edilməsindən məmnunluq duyduğunu bildirərək, Heydər Əliyev və Ü.Haclbəyli haqqında qısa məlumat verib.

 

Daha sonra çıxış edənlər – ADA Universitetinin tələbəsi, hazırda tələbə mübadiləsi proqramı ilə Vitautas Maqnus Universitetrində təhsil alan Elnur İmanbəyli Ü.Hacıbəylinin, M.Çürlyonisin nəticəsi Rokas Zubovas isə M.Çarlionisin yaradıcılığı haqqında ətraflı məlumat veriblər.

 

Mərasimdə Vitautas Maqnus Universitetinin musiqi fakültəsinin tələbələri və həmin fakültənin dekan müavini, M.Çarlionisin nəticəsi Rokas Zubovas tərəfindən M.Çürlyonisin və Ü.Hacıbəylinin əsərlərindən parçalar ifa edilib.

 

Tədbirdə aparıcı qismində ADA Universitetinin tələbəsi E.İmanbəyli və ADA-nın məzunu, Litva vətəndaşı Ruta Beinorüte çıxış ediblər.

 

Trend.az