Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Posted by

Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda vətəndaşları qəbul edəcəkƏmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Yevlaxda vətəndaşları qəbul edəcək

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov dekabrın 18-də saat 10:00-da Nazirliyin Yevlax rayon Əhalinin sosial müdafiəsi mərkəzinin (ƏSMM) inzibati binasında bu rayonun və Mingəçevir, Naftalan şəhərlərinin, Goranboy və Ağdaş rayonlarının sakinlərini qəbul edəcək.

 

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar [email protected] elektron poçt ünvanı, (012) 596-44-07 (Nazirliyin Ümumi şöbəsi), (022) 336-33-82 (Yevlax rayon ƏSMM), (024) 274-94-88 (Mingəçevir şəhər ƏSMM), (022) 352-31-97 (Naftalan şəhər ƏSMM), (022) 245-12-59 (Goranboy rayon ƏSMM), (022) 235-27-37 (Ağdaş rayon ƏSMM) telefon nömrələri ilə əlaqə saxlayaraq qəbula yazıla bilərlər.

 

Mingəçevir, Naftalan şəhərlərindən, Goranboy və Ağdaş rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların ƏSMM-lərinin inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Yevlax rayonuna aparılıb gətirilmələri təmin olunacaq.

 

Apa.az