Senat Ukraynaya ABŞ-ın müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

Posted by

Senat Ukraynaya ABŞ-ın müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edibSenat Ukraynaya ABŞ-ın müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

Senat Ukraynaya ABŞ-ın müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan qanun layihəsini qəbul edib

ABŞ Konqresinin yuxarı palatası – Senat Ukraynaya ABŞ-ın NATO-dan kənar müttəfiqi statusu verilməsini və bu ölkənin silahlandırılmasını nəzərdə tutan “Ukraynada azadlığa dəstək Aktı 2014” adlanan “S.2828” saylı qanun layihəsini qəbul edib.

 

APA-nın UNİAN-a istinadən verdiyi xəbərə görə, qanun layihəsinə əsasən ABŞ prezidenti Ukraynaya 350 milyon dollar dəyərində hərbi yardım göstərmək üçün səlahiyyət alır. Bu yardım Ukraynanın ərazi bütövlüyü və suverenliyinin bərpası məqsədilə ölkəyə tank əleyhinə silahlar, düşmən artilleriyasının mövqelərinin aşkarlanması üçün radarlar, taktiki müşahidə üçün pilotsuz uçuş aparatları, optik tuşlama və idarəetmə, eləcə də kommunikasiya avadanlıqları, şəxsi heyətin müdafiəsi üçün xüsusi vasitələr verilməsi və hücum silahlarına qarşı effektiv mübarizə üçün təlimlərin təşkilindən ibarət olacaq. Layihədə ABŞ prezidentindən Rusiyanın hərbi müəssisələrinə qarşı yeni sanksiyaların tətbiqi tələb olunur. Eyni zamanda, sənəddə Ukraynanın enerji təhlükəsizliyini təmin etmək, xarici mənbələrdən asılılığını azaltmaq məqsədilə bu ölkənin enerji sektoruna yardım edilməsi də əksini tapıb.

 

Analoji qanun layihəsi (HR 5782) aşağı palata – Nümayəndələr Palatasına da təqdim olunub. Layihə Nümayəndələr Palatasında da qəbul edildikdən sonra qanun prezidentin təsdiqinə göndəriləcək. Prezidentin qanunu imzalayaraq onun icrasına başlamaq və ya veto qoyaraq geri göndərmək hüququ var.

 

Apa.az