Ağ Ev: “Cənub axını”nın bağlanması Rusiyaya qarşı təzyiq və sanksiyaların nəticəsidir
Rusiyanın “Cənub axını” qaz kəməri layihəsinin bağlanmasına dair qərarı sanksiyalar daxil olmaqla RF-yə təzyiqlərin nəticəsidir. Trend xəbər verir ki, bunu RİA Novosti-yə Ağ Ev yanında Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Mark Strox bəyan edib.
O deyib: “Həmin məlumatlar (“Cənub axını”nın bağlanması haqqında) sanksiyalar daxil olmaqla, kənardan bir sıra amillərin nəticəsi, eləcə də Avropa ölkələrinin bazar islahatlarının həyata keçirilməsi ilə bağlı səylərinin sübutudur”.
Dekabrın 1-də Rusiya Prezidenti Vladimir Putin Türkiyədə danışıqların gedişində bildirib ki, indiki şərtlərlə, həmçinin Avropa İttifaqının qeyri-konstruktiv mövqeyinə görə RF Avropa bazarına Rusiya qazının çatdırılmasını nəzərdə tutan “Cənub axını” layihəsinin reallaşdırılmasını davam etdirə bilmir. Onun sözlərinə görə, Rusiya Türkiyədə yeni qaz nəqli sistemi tikmək və Yunanıstanla sərhəddə qaz infrastrukturu yaratmaq niyyətindədir.
“Qazprom”un rəhbəri Aleksey Miller “Cənub axını” layihəsinin bağlandığını deyib.
Trend.az