Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanlarla bağlı qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıb

Posted by

Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanlarla bağlı qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıbAzərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanlarla bağlı qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıb

Azərbaycanda kor və görmə qabiliyyəti zəif olan insanlarla bağlı qanunvericiliyə bir sıra dəyişikliklər hazırlanıb

dəyişikliklər hazırlanıb. Trend-in məlumatına görə, bu barədə Azərbaycan Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bu gün Bakıda öz işinə başlayan “Görmə qüsurlu şəxslərin dərc olunmuş əsərlərə əlyetərliliyinin müəllif-hüquq problemləri” mövzusunda beynəlxalq konfransda çıxışı zaman deyib.

 

Konfrans haqqında danışan K.İmanov qeyd edib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə Müəllif Hüquqları Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının birgə keçirdiyi tədbirin əsas məqsədi “Mərakeş müqaviləsi”nin təsdiqlənməsi və müxtəlif dövlətlərin bu müqaviləyə cəlb edilməsi ilə bağlıdır: “Bildiyiniz kimi, müəlliflik hüququnun mahiyyəti ondan ibarətdir ki, hər hansı bir əsərin istifadəsi müəllifin icazəsindən asılıdır və buna müstəsna müəlliflik hüququ deyilir. Amma müəlliflik hüququnun tarixi ondan ibarətdir ki, hər zaman istifadəçilərin maraqları ilə müəlliflərin stimullaşdırılması arasında tarazlaşdırma aparılıb və bu tarazlaşma müəyyən istisnaları özündə əks etdirir. Bu baxımdan biz bu gün ilk dəfə olaraq müəlliflərin hüququna müəllif mövqeyindən deyil, istifadəçilərin, ictimaiyyətin, xüsusən də kor və görmə qüsurlu insanların möqeyindən baxırıq. “Mərakeş müqaviləsi” bu kateqoriyalardan olan insanlar üçün müəyyən istisnalar verir”.

 

K.İmanov vurğulayıb ki, Azərbaycanın müəllif hüququ qanunvericiliyi kor və görmə qabiliyyəti zəif olan insanlara imkan verir ki, onlar müəlliflik hüququnu pozmadan əsərlərdən öz xeyirlərinə sərəst istifadə etsinlər: “Ancaq “Mərakeş müqavilə”si bir addım da irəli gedib. Bununla bağlı biz Azərbaycan qanunvericiliyinə dəyişikliklər hazırlamışıq və bu müqavilənin ratifikasiyası ilə bağlı hökumətə təkliflər göndərmişik”.

 

Daha sonra çıxış edən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif hüququ bölməsinin əməkdaşı xanım Geidy Lung bildirib ki, təmsil etdiyi təşkilatının regianda Azərbaycanla əməkdaşlığı böyük əhəmiyyət daşıyır.

 

Azərbaycanın qədim tarixə malik olduğunu qeyd edən G.Lunq bildirib ki, Azərbaycan müxtəlif mədəniyyətə malik, tolerantılığı ciddi şəkildə qoruyub saxlayan ölkədir: “İnanıram ki, bu konfrans gələcək işlər üçün bizə böyük kömək edəcək. Bizim ümumi platformamız mövcuddur ki, müxtəlif hüquqlar sahəsində qarışılıqlı əməkdaşlıq edək. Bu konfransın təşkilinə görə Azərbaycan dövlətinə təşəkkürümü bildirirəm”.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov isə çıxışında bildirib ki, nazirlik son illər görmə məhdudiyyəti olan insanların hüquqlarının qorunması istiqamətində bir sıra işlər həyata keçirib. Bu tədbirlərin bu gün də davam etdirildiyini deyən nazir müavini vurğulayıb ki, Azərbaycanda müxtəlif kateqoriyadan olan əlillərin sosial müdafiəsini həyata keçirmək üçün hüquqi addımlar atılıb: “Bildirmək istəyirəm ki, Azərbaycanda gözdən əlillər üçün bir sıra işlər həyata keçirilib. Məsələn, I qrup əlillərə pensiya digər qruplarla müqayisədə daha artıqdır. 2008-ci ildən gözdən əlillər üçün mənzillər tikilib və onların evlə təmin olunması bu gün də davam edir”.

 

Konfransda mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, millət vəkilləri Siyavuş Novruzov, Elmira Axundova və başqaları mövzu haqqında fikirlərini bildirərək qeyd ediblər ki, Azərbaycanda əlilliyi olan insanlar daim dövlətin diqqət mərkəzindədir.

 

Daha sonra konfrans müzakirələrlə davam etdirilib. Qeyd edək ki, konfrans sabah da öz işini davam etdirəcək.

 

Trend.az