Məzahir Pənahov: “İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb”
. “İndiyədək bələdiyyə üzvlüyünə 37 232 nəfərin namizədliyi qeydə alınıb”. APA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
MSK sədri bildirib ki, qeydə alınan namizədlərdən 113 nəfəri könüllü şəkildə namizədlikdən imtina edib: “Beləliklə də, hazırda qeydə alınan namizədlərin sayı 37 232 nəfər təşkil edir”.
Qeyd edək ki, namizədlərin qeydiyyatı proseduru 29 noyabr 18:00-da başa çatır. Seçki dekabrın 23-də 118 seçki dairəsi üzrə 1607 bələdiyyəyə keçiriləcək. Bələdiyyə seçkilərində 15035 bələdiyyə üzvü seçiləcək.
APA.az