Rusiya Dövlət Dumasının üzvü: “Saakaşvili Ukraynanın baş naziri ola bilər”

Posted by

Rusiya Dövlət Dumasının üzvü: “Saakaşvili Ukraynanın baş naziri ola bilər”Rusiya Dövlət Dumasının üzvü: “Saakaşvili Ukraynanın baş naziri ola bilər”

Rusiya Dövlət Dumasının üzvü: “Saakaşvili Ukraynanın baş naziri ola bilər”

“Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ukraynanın baş naziri ola bilər”.

 

APA-nın məlumatına görə, bu barədə özünün “Tvitter” səhifəsində Rusiya Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri Aleksey Puşkov yazıb.

 

“Ukrayna daxili işlər naziri postuna Saakaşvilinin silahdaşı iddia edir. Belə isə Saakaşvilinin özünü niyə baş nazir təyin etmək olmaz?”, – deyə A. Puşkov qeyd edib.

 

Qeyd edək ki, Ali Radanın iclasında prezident Pyotr Poroşenko xarici vətəndaşların hökumətdə təmsil olunması üçün qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi təşəbbüsü ilə çıxış edib. Ukrayna hakimiyyəti Gürcüstanın sabiq baş prokuroru Zurab Adeişvilini daxili işlər naziri postuna, Gürcüstan daxili işlər nazirinin sabiq müavini Eka Zquladzeni isə daxili işlər nazirinin müavini postuna dəvət etməyə hazırlaşır.

 

APA.az