Türkiyə G20-də sədrliyi çərçivəsində qlobal bərabərsizliklə mübarizə aparacaq

Posted by

Türkiyə G20-də sədrliyi çərçivəsində qlobal bərabərsizliklə mübarizə aparacaqTürkiyə G20-də sədrliyi çərçivəsində qlobal bərabərsizliklə mübarizə aparacaq

Türkiyə G20-də sədrliyi çərçivəsində qlobal bərabərsizliklə mübarizə aparacaq

Baş nazir Əhməd Davudoğlu bildirib ki, Türkiyə bərabərsizliyi aradan qaldırmaq üçün ən çox və ən az inkişaf etmiş ölkələr arasında fərqi aradan qaldıracaq. Trend Anadolu agentliyinə istinadən bu barədə xəbər verir.

 

Davudoğlu İstanbulda Müstəqil Sənayeçilər və Sahibkarlar Birliyinin (MUSIAD) sərgisinin təntənəli gecəsi zamanı öz müraciətində iş adamları və siyasətçilərə bəzi qeydlər etdi.

 

Sərgi dünyanın123 ölkəsindən 7,000 iş adamı yığıb.

 

Baş nazir izah edib ki, Türkiyə dekabrda G20 sədri vəzifəsinə başlayanda qoyulan məqsədlərin üzərində işləyəcək.

 

“Bizim prioritetimiz dünyanın ən çox və ən az inkişaf etmiş ölkələr arasında fərqin aradan qaldırılmasına cəlb olunmasıdır”, – Davudoğlu bildirib.

 

G20 qrupu dünya iqtisadiyyatının 90 faizini və dünya əhalisinin üçdə iki hissəsini təmsil edir.

 

“Türkiyə qlobal vicdanın səsi olmağa davam edəcək”, – baş nazir əlavə edib.

 

 

Trend.az