Azərbaycan Qafqazda əsas mədəni mərkəzdir

Posted by

Azərbaycan Qafqazda əsas mədəni mərkəzdir

Azərbaycan Qafqazda əsas mədəni mərkəzdir

 

 

Azərbaycan Qafqazda əsas mədəni mərkəzdir

Londonda “Faith Matters” təşkilatının təşəbbüsü, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin dəstəyi ilə “Azərbaycan-Şərq ilə Qərb arasında əlaqə, dini tolerantlığın bariz nümunəsi” mövzusunda “dəyirmi masa” keçirilib.

 

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə,“Faith Matters” qeyri-hökumət təşkilatının direktoru Fiyaz Muğal və “ADA” Universitetinin dosenti Anar Vəliyev “dəyirmi masa”da məruzəçi qismində iştirak ediblər.

 

F.Muğal ölkəmizdə pluralizm və dini münasibətlər haqqında iştirakçılara məlumat verib.

 

Azərbaycanın regionda əsas mədəni mərkəz olduğunu bildirən səfir Tahir Tağızadə tarixən burada mövcud olmuş dinlər haqqında məlumat verib, müasir Azərbaycanda insanların dini tolerantlıq şəraitində yaşadığını qeyd edib. Səfir həmçinin, Azərbaycandakı dini icmalar arasında olan münasibətlərdən bəhs edib, bu əlaqələrin xarakteri haqqında məlumat verib. Azərbaycanda dinlərarası münasibətlərin unikallığı diqqətə çatdırılıb.

 

Təqdimatla çıxış edən “ADA” Universitetinin dosenti Anar Vəliyev tarixə nəzər salaraq, Azərbaycanda birgəyaşayış modelləri və bunun mahiyyətindən danışıb. Tarixən ölkəmizə xarici dinlərin təsiri haqqında məlumat verib. A.Vəliyev Azərbaycanda dinlərarası münasibətlərin gələcək inkişafından danışıb.

 

Daha sonra tədbirdə Azərbaycandakı dinlər, ölkəmizin özünəməxsus coğrafi mühiti, Azərbaycan hökumətinin dinlərarası və sivilizasiyalararası münasibətlərdə mövqeyi və fəaliyyəti haqqında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

AzərTac.az