Gənclərin beynəlxalq tədbiri başladı

Posted by

Gənclərin beynəlxalq tədbiri başladı

Gənclərin beynəlxalq tədbiri başladı

 

 

Gənclərin beynəlxalq tədbiri başladı

Gənclər üçün Təhsil Mərkəzi Avropa Komissiyasının “Erasmus+” proqramının dəstəyi ilə Bakıda beynəlxalq təlim kursuna başlayıb.

 

Mərkəzdən AzərTAc-a bildiriblər ki, İtaliya, Macarıstan, Çexiya, Estoniya, Rumıniya, Portuqaliya, Ukrayna, Gürcüstan və Azərbaycanı təmsil edən gənclərin iştirakı ilə keçirilən kursun əsas mövzusu ictimaiyyətlə əlaqələrin qurulmasıdır.

 

Beynəlxalq təlimçilər tərəfindən aparılan kurs müddətində iştirakçıların “ASAN xidmət” mərkəzinə və “Bakı-2015” Avropa Oyunları Əməliyyat Şirkətinə səfər etməsi, onların ictimaiyyətlə əlaqələri ilə yaxından tanış olması nəzərdə tutulub.

 

Qeyd edək ki, tədbir çərçivəsində Azərbaycanda həyata keçirilməsi mümkün olan layihə ideyalarının müzakirə olunması da planlaşdırılır.

 

AzərTac.az